Home
Yumroo

Salamlar!!!

Salamlar!!! Çoxdandır yazmıram, bir ara xəstələndim, sonrasa işlər həddən artıq çox oldu. Amma sizin yazdıqlarınızı əksər vaxt oxumağa çalışıram. Son zamanlar çox maraqlı mövzulara toxunulur burda. Nə isə…

Bu qar bizə də təsir edib. İşıq var, ama su gəlmir. Qarla bağlı başqa problemlərə toxunmayacam, sadəcə olaraq onu deyim ki, 20-30 sm-lik qar yağdı, 30 m/san-lik külek əsdi, ölkə həyatı iflic oldu. Məncə bununla bağlı rəsmi orqanlar bir tədbir görməlidirlər, belə olmaz məncə.

Bir lətifə yadıma düşdü. Lap dəqiqliklə yadımda deyil ama təxmini olaraq belədir. Hərbi hissəni yoxlamağa gəlirlər, bu hərbi hissədə hər şey pis vəziyyətdə olur. Onda soruşurlar ki, niyə belədir, birdən düşmən qəfil hücum etsə nə olacaq, deyirlər ki, nə olacaq biabır olacayıq.

Bu gün belə bir xəbər eşitdim ki, qəzetlər nəşr olunmayıb. Camaat işıqsız, susuz qalıb, çörək tapmır, yolda qalıb, yıxılıb əl-ayağı sınıb, sizcə camaata indi qəzet lazımdır??? Camaat nə hayda… :)

Report This Post

Üç, iki, bir. 2010 gəldi…

Saydıq, yeni il də gəlib çıxdı. Yeni il əslində sadəcə olaraq bir tarix dəyişməsi olsa da hamımız bu yeni ildən nələrsə gözləyirik həmişə. Yeni ildə hər şeyin daha başqa cür, daha yaxşı olacağına inanırıq nədənsə. Elə bil bir saniyə içində hər bir şey yaxşıya doğru dəyişiləcək. Daha nəzərə almırıq ki, bütün bu dəyişikliklər bizim özümüzdən asılıdır. İlk öncə biz özümüz dəyişməliyik. Saniyə dəyişiləndə də heç bir şey olmur, sadəcə biz bir saniyə daha yaşlaşırıq. Və əgər növbəti ildən nəsə bir şey istəyiriksə, arzulayırıqsa bunu özümüzdə axtarmalıyıq. Yəni köhnə ildə buraxdığımız səhvləri bir daha təkrarlamamaqla, ozümüzə, nəfsimizə qarşı daha tələbkar olmaqla hər hansı bir dəyişikliklərə nail olmaq olar.

OK. Mən Emin bu saytdakı bütün dostlarımı səmimi qəlbdən yeni il və həmrəylik günü münasibəti ilə təbrik edir, hamınıza uzun ömr və can sağlığı arzulayıram. Yeni iliniz mübarək olsun!!!

Report This Post

Qızla tanışlıq :)

İki qız yolla gedir. Elə bu vaxt bir oğlan onlara yaxınlaşır və iki qızdan birinə deyir ki, bəs səndən xoşum gəlir, nə bilim filan, beşmekan. Qız da əlini qalxızır və üzüyünü oğlana göstərir ki, bəs mən nişanlıyam. Onda oğlan etmə tənbəllik deyir ki, onda olar onda mən sizin rəfiqənizlə tanış olum??? :)

Oğlanda fərasətə bax ee… Özünü itirmir… :)

Amma 90% hallarda oğlanlar özlərini itirir və deməyə heç bir söz tapmırlar. Olur ki, saatlarla hansısa bir dialoq fikirləşirlər, amma qızın gözlənlməz bir cavabını eşidəndə dərhal özlərini itirirlər və nə cavab verəcəklərini, ümumiyyətlə niyə görə gəldiklərini belə unudurlar. Belə yerlərdə hazırcavablıq çox yaxşı şeydi. :)

P.S. Günün karikaturası.

9

Report This Post

Yetenek sizsiniz

Canlıdakı problemlərdən yazıldı, İnşallah adminlər sadalanan problemləri yaxın zamanlarda aradan qaldırarlar. Ən əsas da bu virus problemi.
Oturub fikirləşirdim ki, nədən yazım, bu dəm gözümə TV-də gedən “Yetenek sizsiniz” verlişinə gözüm sataşdı. Hərdən orda istedadlı birilərinə rast gəlinir də. Deyimlərə görə istənilən adamda hansısa istedad var, onu tapıb üzə çıxarmaq lazım. İstər bu hansısa bir fiziki istedad olsun, ya da ki əqli bir istedad olsun. TV-də göstərilən istedadlardan demək olar ki, heç birindən məndə yoxdur. Istərdim məsələn gitarda, ya da nə bilim pianoda falan ifa edə bilim. Amma mənlik deyil. (Pianonun səsini çox bəyənirəm. Super səsi var pianonun. Biri yanımda ifa etsə də qulaq assam. :) )

Bunu yazan müddətdə biri həm burnu ilə, həm də ağzı ilə tütəkdə ifa etdi. Özüdə hər ikisi ilə eyni anda. Halaldı.

Sizdə hansı istedadlar var? Hansı istedadınız istərdiniz ki, olsun???

Report This Post

3G bizə də gəlib çatdı

Aylardır hər yerdə internetdə, TV-də, az qalıb gecə yatanda yuxuda da 3G texnalogiyası haqda eşidirəm. Gah bu şirkət keçırdi 3G-yə, gah da başqa bir şirkət. Amma axırı ki, mobil şirkətlərimizdən biri Azərfon 3G-yə keçib. Keçməyinə keçib də, amma nədənsə bu vaxta qədər mən onun hansısa bir funksiyasını görməmişdim. Ta bir neçə gün bundan öncəyədək. (xatırladım ki, nar nömrə də işlədirəm)

3G texnalogiyasının nə mənə olduğundan yazmaq fikrim yoxdur. Sadəcə 3G texnalogiyasından ilk istifadə etmə təcrübəmi yazmaq istədim.

Bir neçə həftə bundan qabaq telefonda görürəm ki, dalğa göstərən yerdə 3G işərəsi çıxır. Mən də fikirləşirəm ki, görəsən bu 3G həmən o 3G-dirmi. Adamların bəzilərindən soruşdum dedilər ki, guya 3G yazırsa deməli telefonun 3G-ni dəstəkləyir falan. Mən də dedim, hə tutaq ki, dəstəkləyir. İndi mən ondan nə xeyir görəcəm? Əvvəlcə dedilər ki, telefonda internet guya surətli olacaq falan. Amma internetə girdim gördüm sürətdə elə bir fərq olmur. Nəysə uzun sözün qısası 3G işarəsi çıxırdı, amma nə fayda xeyrini ki, görmürdüm, ta 3 gün bundan öncəyədək.

Keçən dəfə mən ömrümdə ilk dəfə olaraq 3G-dən istifadə edərək Video zəng elədim. Nəsə yeni bir şey. Özüdə kontur adı zəngdə olduğu kimi çıxır. Bilmirəm videozəngi sınaqdan keçirmisiz artıq ya yox, amma keçirdin, buna dəyər. Lap reklam kompaniyası olduye…  :)

P.S. Günün karikaturası.

1445886_erd484 (5)

Report This Post

Səhər zəngi

Gecələr gec yatdığım üçün səhərlər çox çətin qalxıram yuxudan. Məncə indi gəncliyin 90%-i gecələr gec yatır. Yaxşı ki, mobil telefonlarda zəng qoymaq imkanı varmış. Yarım saat sən yuxudan duranadək özüyçün zəng çalır. Az olmayıb ki, yuxudan dururam amma hər dəfə də deyirəm ki, qoy bir 5 dəq də yatım, 10 dəq də yatım, bir də görürsən işə gecikmək ərəfəsindəsən.

Mən bilmirəm hamıda belədir ya yox, mən çox qəribə bir hal müşahidə eləmişəm. Hər hansı bir bəyəndiyim musiqini səhər durmaq üçün zəngimə qoyuram. Bir müddət sonra həmin müsiqidən məni səhər yuxudan elədiyi üçün zəhləm gedir. Hətta görəndə ki, kimsə telefonuna həmin müsiqini qoyub dəli oluram. Heç cürə o musiqiyə yenidən qulaq asa bilmirəm.

Bəs siz? Siz səhər zənginə nə qoyursuz?

Report This Post

Bəzən riyaziyyat da gücsüz qalır

3 adam fikirləşin. Pullarını birləşdirib radio almağa gedirlər. Radio 30 manatadır. Hərəsi 10 manata qoyub radionu alıb gedirlər. Amma sonra satıcınin radionun qiymətində endirim olduğu və 25 manata olduğu yadına düşür. Köməkçisinə 5 manat pul verir və ona pulu adamlara geri qaytarmağı tapşırır. Köməkçi də 5 manatı 3 yerə bölə bilməyəcəyini fikirləşib 2 manatı cibinə atır və 3 manatı 3 adam arasında bölür. Beləcə adamlara radio hərəsinə 9 manat olmaqla başa gəlir. İndi:

9×3=27

Köməkçi də cibinə 2 manat atıb. 27+2=29

Bəs qalan 1 manat nə oldu?

Budur bu halda riyaziyyat gücsüz qalır. :)

Report This Post

Kompüter oyunları

Heç kompüter oyunları oynadınızmı? Məncə indiki dövrdə heç kompüter oyunu oynamayan birinə rast gəlmək mümkün deyil. Vaxtilə mən də oynamışam.
Vaxt itkisi hesab edirəm belə oyunları. Bəzən deyirlər ki, kompüterdə gərgin işləyəndən sonra, uzun müddət dərs oxuyandan sonra bir az dincəlmək üçün oyun oynayırıq. Amma mən fikir vermişəm ki, oyun oynayanda adam heç də dincəlmir, əksinə gözlər daha da yorulur və oyundan sonra adam öz əvvəlki iş rejminə heç cürə qayıda bilmir.
İndiki oyunlar da maşallah. Oynadıqca bitmir. Yeni-yeni səviyyələr meydana gəlir. Onları da biirmək üçün gərək bir-iki həftə dalbadal oyun oynayasan. Mən özüm təzə oyunların heç birini oynamamışam, amma TV-də oyunlar haqda verlışlər veriləndə hərdan baxıram. İndi elə oyunlar çıxıb ki, insan öz nəfsini elə oyunları alıb oynamamaq üçün zorla saxlayır. :) Böyük insan özünü zorla oyun oynamaqdan çəkindirirsə, görün indi uşaqlar nə çəkirlər. Mən xəbərlərdə eşitmişdim, bir uşaq fasiləsiz iki gün oyun oynamışdı, nəticədə xəstəxanalıq olmuşdu. Dəhşətdir ee…
Belə baxanda komputer oyunları demək olar ki, uşaqların hətta böyüklərin də gündəlik tələbatlarına çevrilmişdir. Maraqlıdır siz öz evladlarınıza komputer oyunları oynamağa icazə verərdinizmi?
P.S. Günün karikaturası.
1588709_kmkz43606

Report This Post

Səma cisimləri

Səma cisimləri. Sirli, hələ insanlar tərəfindən demək olar ki, öyrənilməmiş cisimlər. Elə insanlar tərəfindən çox az öyrənildiyinə görə də bütün insanlara çox maraqlı gəlir səma cisimləri. Hamı kainatda baş verən hadisələri maraqla dinləyir, günəş, ay tutulmaları olanda bütün dünya əhalisi bu hadisələri seyr edirlər.
Həqiqətən də maraqlıdır eee bu səma cisimləri. Təqribən yer üzünün hər hansısa bir yerində duran insan eyni anda 3000 ulduz görə bilər. Ümumiyyətlə isə yerin hər iki yarımkürəsindən 6000 ulduz görsənir. Bildiyimiz kimi yerlə hər hansısa bir ulduz arasında məsafə işiq illəri ilə ölçülür. Yəni hər hansısa bir ulduzdan gələn işıq bizə təqribən bir neçə min ilə gəlib çıxır. İndi təsəvvür edin sizin indi gördüyünüz ulduzlardan gələn işıq təqribən 1000 il bundan qabaq göndərilib və ola bilər ki, hal-hazırda o ulduz artıq məhv olub. Axı ulduzların da özünün yaşama müddəti var və onlar bir müddətdən sonra sönürlər və daha işıq buraxmırlar.
P.S. Günün karikaturası.
769922_kmkz45905

Report This Post

Möcüzə…

Gərçi Orxan bu barədə yazdı ama yenə də sizlərin fikrini bilmək mənə maraqlı olardı.

Həyatınızda heç möcüzə gördünüzmü? Sizin üçün nə baş versə onu möcüzə hesab edərsiniz?
Ətraf aləmdə baş verən və baş vermə səbəbi elmə məlum olmayan hadisələr əsasən möcüzə adlandırılır.

12555992301

12555995332

12555995483

P.S. Günün karikaturası.

4336054_erd484 (3)

Report This Post

Calendar

September 2010
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
27282930