Qarın qardaşdan irəlidir!!!
Qarın qardaşdan irəlidir. Bu və bu kimi digər atalar sözlərinin doğruluğunun şahidi oldum dünən. Doğrudan Azərbaycanlıların yeməyə nə qədər önəm verdiyini gördüm.
Deməli belə. Dünən Bakının 8-ci km deyilən hissəsində bütün gün ərzində qaz olmayıb. Qaz yalnız saat 8-in yarısı radələrində gəlib. Qaz olmadığından evdə heç bir şey bişirilməmişdi. Ona görə də mən evə qril almaq qərarına gəldim. Əvvəlcə güney lahmacun idi deyəsən – ora getdim. Orda oturan xala dedi ki, bəs millət qrili daşıyıb qril zad yoxdur. Soruşdum ne vaxta bişər, dedilər yarım saata. Men de neyniyim neynenemeyim, getdim Cudo Peckaya. Cudo Peckada ne qeder adam??? Millət elə bil aclıqdan çıxmışdı.
Piraşki yeyən kim, qril yeyən kim, pirojna yeyən kim, dönər yeyən kim. Birinci dəfə idi ki, mən Cudo Peckada o qədər adam görürdüm. Piraşki satılan yerdə demək olar ki, piraşki qalmamışdı. Getdim qril satılan yerə. Növbə… Təsəvvür edirsiz? Qril almaq üçün növbə var idi. Tarixində belə şey olmamışdı yee…
Növbədə durub qrilimi aldım. Sora satıcı dedi ki, bəs qril qurtardı, təzələri də 40 dəqiqəyə bişəcək.
Bir gün qaz gəlmədi, yemək üçün bu qədər növbə oldu. Görün bu qaz iki üç gün daha gəlməsəydi onda nə baş verərdi. Amma qazın gəlməməsi qril stanlara yaman sərf elədiyaaa… ![]()


June 25th, 2009 at 1:01 pm
Bəlkə bunu elə qiril satnlar planlaşdırıb.Baxıb görürlər ki qril alan yoxdu belə bir şeyə əl atıblar. Dünən bizdədə işq olmayıb,bu nədire bir yerdə qaz bir yerdə işıq.İşıq olmadan bir təhər şamla dolanmaq olur,amma qaz olmadan insanlr acından ölər,yada qril satnır milyoner olar.)))
Report This Comment
June 25th, 2009 at 1:04 pm
SitatLady.A, Bu gün, 12:01 PMBəlkə bunu elə qiril satnlar planlaşdırıb.Baxıb görürlər ki qril alan yoxdu belə bir şeyə əl atıblar. Dünən bizdədə işq olmayıb,bu nədire bir yerdə qaz bir yerdə işıq.İşıq olmadan bir təhər şamla dolanmaq olur,amma qaz olmadan insanlr acından ölər,yada qril satnır milyoner olar.)))Bunun ne sebebden bash verdiyini bilmirem. Ama onu bilirem ki, qril satanlar heqiqeten yaxshi qazandilar. Belke de bir gunde bir heftenin qrilini satdilar.
Report This Comment
June 25th, 2009 at 4:19 pm
Qaz plitələr işıqnan işləyənləri də var axı!!Məncə qaz + işıq eyni vaxtda olmasa, bax onda dəhşət olar!!!
Report This Comment
June 25th, 2009 at 4:32 pm
SitatKAPRİZNAYA, Bu gün, 03:19 PMQaz plitələr işıqnan işləyənləri də var axı!!Məncə qaz + işıq eyni vaxtda olmasa, bax onda dəhşət olar!!!Kapriznaya indi deyirsen ki. bir gun qaz gelmeyib deye hami evine ishiqla ishleyen qaz plitesi qoysun??? Qishda ishiq, qaz, yayda ise su olmasa voobshe super olar.
Report This Comment
June 25th, 2009 at 4:36 pm
Sitat(emin @ Jun 25 2009, 03:32 PM)Kapriznaya indi deyirsen ki. bir gun qaz gelmeyib deye hami evine ishiqla ishleyen qaz plitesi qoysun??? Qishda ishiq, qaz, yayda ise su olmasa voobshe super olar. Almaq??? Bizdə qaznanda işləyir, toknanda
Report This Comment
June 25th, 2009 at 4:43 pm
SitatKAPRİZNAYA, Bu gün, 03:36 PMAlmaq??? Bizdə qaznanda işləyir, toknanda smile.gifHer halda o qaz plitesi oz-ozune dayanmayib ki, orda, kimse alib onu qoyub da ora ne vaxtsa.
Report This Comment
June 25th, 2009 at 4:49 pm
Sitat(emin @ Jun 25 2009, 03:43 PM)Her halda o qaz plitesi oz-ozune dayanmayib ki, orda, kimse alib onu qoyub da ora ne vaxtsa.
Report This Comment
June 26th, 2009 at 1:18 pm
Bir iki dəfə də belə şeylər olsa sonra qril satanlar pul verib qazı kəsdirə də bilərlər
Report This Comment
June 27th, 2009 at 12:36 am
SitatBəxtiyar, Bu gün, 12:18 PMBir iki dəfə də belə şeylər olsa sonra qril satanlar pul verib qazı kəsdirə də bilərlərYaxshi fikirdir.
Report This Comment