Home
Yumroo

Insanlar niye belədir? (kitablar)

Mən Emin, Yumroo-nu saytda edilmiş dəyişikliklər münasibətilə təbrik edirəm. Bir çox çatışmamazlıqlar var amma İnşAllah onlar da yaxın zamanlarda aradan qaldırılar. Nəisə… Mövzum başqa bir şey haqqındadır. Bu hissə təbrik hissəsi idi, indi keçək mətləbə.

Belə bir deyim var, kitabları deyil kitabların içindəkiləri başında topla. Amma insan övladı buna əməl edirmi??? Bir çox insanlarla etdiyim söhbətlərdən belə bir nəticəyə gəldim ki, yox etmir. Niyə???

İnsanlarda bele bir hərəkətin şahidi olmuşam. Birinə hər hansısa bir şeyi öyrənmək tapşırılır. İnsan gedir günlərlə axtarış aparır, həmin şeyi öyrənmək üçün lazım olan kitabları kolleksiya kimi yığır, amma sonda onların heç üzünü belə açmır. Elə bil görməmişlikdir. Amma bəziləri də olur, yalnız bir kitabı olur, tapşırılan şeyi o kitab vasitəsilə öyrənir və beləliklə o kolleksiya yığandan daha yaxşı bilir. Bunun hamısının başında məncə görməmişlik dayanır. Elə bil bu görməmişlik eksəriyyətinin qanına işləyib.

Hələ mən kitablardan bəzək vasitəsi kimi istifadə edənləri demirəm. Adamlar var ki, kitab aboyun rənginə, evin dizaynina, interyerinə uyğun gəlir deyə alırlarlar. Evlərdə illərdir qalan və üzü heç bir dəfə də açılmayan kitablar var. Niyə??? Yalnız kitabın üzünə görə onu almaq nə qədər doğrudur?

Kitablardan söz düşmüşkən bir şeyi bilmək istərdim, hər dəfə görəndə məni bu sual çox maraqlandırır. Dərs kitabları məktəblərə pulsuz paylanırsa, onda bu metroların çıxışlarında mən dərs kitabları alan valideynləri niyə görürəm??? Onların övladlarına kitab çatmayıb ya…??? Nə bilim???

P.S. Sonda məktəbdə bir iqtisadiyyat müəllimimiz var idi. Keçdiyimiz dərslik 9-11-ci siniflər üçün iqtisadiyyat kitabı idi. Bir dəfə 11-ci sinifdə oxuyanda müəllim hamıya deyir ki, kitabda filan səhifəni hamı açsın, hamı müəllim deyeni yerinə yetirir. Bu vaxt müəllimin gözünə bir şagird sataşır, şagird nə qədər edirsə kitabı açıq qoya bilmir, kitab öz-özünə bağlanırdı, müəllim də deyir: “Utan eee, iki ildir o kitabı işlədirsən amma hələ də kitabın qatı açılmayıb.” Bəli belə şagirdlərimiz də var. :)

Report This Post



14 Responses to “Insanlar niye belədir? (kitablar)”

  1. Kitabları çox sevirəm. hədsiz.
    Hansısa bir tapşırıq veriləndə ya da imtahana hazırlaşanda, heç xoşlamırdım 2-3 və daha artıq kitabdan istifadə etmək. Amma bəzən bir kitab bəs etmirdi. imtahan suallarını tərtib edən müəllimlər elə bil bəzi sualları havadan götürürlər. dərsliklərdə belə tapmaq olmur o sualları.

    =Kitablardan söz düşmüşkən bir şeyi bilmək istərdim, hər dəfə görəndə məni bu sual çox maraqlandırır. Dərs kitabları məktəblərə pulsuz paylanırsa, onda bu metroların çıxışlarında mən dərs kitabları alan valideynləri niyə görürəm??? Onların övladlarına kitab çatmayıb ya…??? Nə bilim???=
    Emin, bu sualları misir mərdanova ver.

    Report This Comment

  2. Kitabları çox sevmən super bir şey.
    Onunla əlaqəm yoxdur, yoxsa məmnuniyyətlə verərdim o sualı.

    Report This Comment

  3. “Hələ mən kitablardan bəzək vasitəsi kimi istifadə edənləri demirəm. Adamlar var ki, kitab aboyun rənginə, evin dizaynina, interyerinə uyğun gəlir deyə alırlarlar. Evlərdə illərdir qalan və üzü heç bir dəfə də açılmayan kitablar var. Niyə??? Yalnız kitabın üzünə görə onu almaq nə qədər doğrudur?”

    Hələ evdə kitabxanalara da yaradılır.

    Report This Comment

  4. Kitabxanalar yaradılır yaradılsın, amma heç olmasa o kitabların arasında oxunanı da olsun. :)

    Report This Comment

  5. Elə iş də orasındadır ki, oxunmur da((

    Report This Comment

  6. Indi mence kitaba pul verən belə yoxdur, oxumaq qalsın bir yana. :)

    Report This Comment

  7. Doğru sözə nə deməli?!

    Amma, pulu olan verir, həmən o (kitabları yığmaq) bəzək misalı.. Söhbətin canı pulda da deyilee, oxumaq həvəsinin olmamasındadır:(

    Report This Comment

  8. Deməzdim oxumaq həvəsinin olmaması, oxumaq həvəsində olanlar çoxdur, amma həvəsi olanların əksəriyyəti kitabları internetdən yükləyib oxuyurlar. Mən də həmçinin.

    Report This Comment

  9. Hələ mən kitablardan bəzək vasitəsi kimi istifadə edənləri demirəm. Adamlar var ki, kitab aboyun rənginə, evin dizaynina, interyerinə uyğun gəlir deyə alırlarlar.
    )))))Lap yadıma “Evləri köndələn yar” tamaşası yadıma düşdü.))

    Məndə kitabları çox sevirəm yuxusuz gecələrimin dərmanıdır kitablar.Amma hər kitabı oxuya bilmirəm gərək o kirtabı əlimə alanda ondan müsbət enerji alım.))
    Mən kitab oxuyanda orada yazılanların hamısı yadımda qalmır amma nə vaxtsa bir şey olanda birdən yadıma o kitabdab bir misra düşür.Ona görədə kitablarlı sevirəm insanın hər zaman dadına yetirlər.

    Report This Comment

  10. Emin,bilirsiz kitabin evin dizaynina uygun secilmeyinde geribe bir shey yoxdu.eksine estetik cehetden gozellik yaradirsa niye de olmasin?eger sevdiyiniz kitablarin cildi otaginizin renglerine uygun gelmirse onun cildini deyishdirmek de olar.icerisi ki deyishmir:)ola bilsin ki kitabi alan adam ozu oxumadi ancag evde kitabin olmagi ozu boyuk sheydi.yegin hacansa kimse oxuyacag.
    o ki galdi deyirsiz kitaba pul veren yoxdu bu sozle razilashmiram.ola biler ki sizi ehate eden kontingent kitab oxumagi sevmir:) internetden skacat olunmush kitab bashgacurdu ya da mene ele gelir:)
    yaxshi kitaba verilen pul hec vaxt heder getmemishdir.bunu unutmayin:)

    Report This Comment

  11. Lady.A mende de sizdeki kimi olur. Sohbet esnasinda bir de gorursen kitabdan sitat yadima dushur, onu deyirem. Hem de dilin zenginleshmesi uchun lazimdir kitab oxumaq. Bir var insan danishanda adamin agzindan nur tokulur, bir de var ki… :)

    Report This Comment

  12. Sabinashka kitab evin dizaynina sechilir sechilsin eee, amma oxunani da olsun da icherisinde. Ok ki qaldi internetden kitab yukleyib oxumaga, indi elektron esridir ve yavash-yavash kagiz kitablar antikvariata chevrilir. Hem de elektron kitablarda axtarish etmek de asan olur.

    Report This Comment

  13. Kitabın qatının açılmaması məsələsinə bizim də sinifdə çox rast gəlinirdi.

    Report This Comment

  14. Deyesen bu qat achilmama sohbeti bir chox sinifin problemi olub. :)

    Report This Comment

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

CAPTCHA Image CAPTCHA Audio
Refresh Image

Calendar

October 2009
M T W T F S S
« Sep   Nov »
 1234
567891011
12131415161718
19202122232425
262728293031