Home
Yumroo

Canlı blogun cansızlığının səbəbi nədədir???

Şəbnəm xanımın yazısını oxudum, həm orda yazılanlara cavab kimi, həm də bəzi öz fikirlərimi bildirmək məqsədilə bu yazını yazmaq qərarına gəldim.

Gördüm ki, boyük əksəriyyət canlı blogun cansızlığını 100 manat üçün yazanların yazmamağında görür. Gəlin analiz edək görək bu fikir nə dərəcədə doğru imiş.

1. 100 manat mükafatı cəmi 6 nəfər alıb bütün müsabiqə boyu. Emin, Şəbnəm, Journalist, Dejavu, Kapriznaya, Bəxtiyar.

2. Yadınıza gəlirsə o vaxtı bu 6 nəfərdən başqa 20-30 nəfər həm aktiv blog yazan, həm də aktiv şərh yazanlar vardı. Əgər kimlərinsə yadından çıxıbsa mən yadına sala bilərəm. Harmony, Links, Ulichka, Lady.A, Dojd na ladoni, Yumrooshka, Babyface, AnaPanda, Goldenheads, Şırın, Miraj, İnnocense . Bunlar hamısı blog yazırdılar. Hələ bir çoxunun adı ola bilsin ki, yadımdan çıxıb. Hələ mən yalnız blog yazanların adlarını sadalamışam. Yalnız şərh yazanlar da var idi. İndi bu yazanlar hardadır? Onlar ki, 100 manat almırdılar, amma o vaxt yazırdılar. Bəs indi niyə yazmırlar??? (Bir iki nəfəri çıxmaq şərtilə).  Görürsüz??? Səbəbi 100 manatda axtarmayın səbəbi hörmətli Yumroo yaradıcıları özünüzdə axtarın.

3. Hərdən məndə belə bir təsəvvür yaranır. Nə qədər ki, mükafat alanlar yazırdılar millət aktiv idi, elə ki, mükafat alanlar yazmadılar, millər passivləşdi. Belə çıxır ki, bütün blog sistemi yalnız mükafat alanların hesabına irəli gedirdi. Sizə elə gəlmir?

Ana Pandaya da onu deyim ki, bu qədər local fikirləşməyin. Bir az qlobal fikirləşin. 5 nəfər mükafatçıya görə blog sistemi irəli gedirdisə onda buna nece bir blog sistemi demek olar? Tutaq ki, biz pula görə yazırdıq, bəs rusca yazanlar??? Onlara ne oldu??? Onlar niyə yazmadılar? Onlara ki, heç 1 qəpik belə verilmirdi???

OK. Əziz Yumroo yaradıcıları bu aktivlik passivlik problemi həqiqətən böyük problemdir. Yadınıza gəlirsə vaxt vardı burdakıların hamısı deyirdi ki, burda aktivlik Azəriblogdakından da güclüdür, çünki nə vaxt bu sayta girirdiksə yeni yazılar, yeni şərhlər görürdük. Amma indi mən son yazılar bölməsində az qala bir həftə əvvəlki yazını da görürəm. Xahiş edirəm bu barədə lazımlı tədbirlər görəsiniz. Deyirsiz ki, sizin statistikalarınız göstərir ki, sayta daxil olanların sayı artıb, ay ne bilim oxucuların sayı artıb, amma statistikaları biz görmürük. Biz yalnız hal-hazırda gördüyümüzü – passivliyi görürük.

Report This Post



14 Responses to “Canlı blogun cansızlığının səbəbi nədədir???”

  1. Populyar bloqqerlərdən biri kimi öz yerimə deyim 100 manata görə uzağlaşmamışam!
    Sadəcə nəsə marağım itib.Köhnə yumruya çox öyrəşmişdim, bura mənə yad gəlir elə bil.
    Hələdə öyrəşə bilmirəm!

    Report This Comment

  2. “Hərdən məndə belə bir təsəvvür yaranır. Nə qədər ki, mükafat alanlar yazırdılar millət aktiv idi, elə ki, mükafat alanlar yazmadılar, millər passivləşdi. Belə çıxır ki, bütün blog sistemi yalnız mükafat alanların hesabına irəli gedirdi. Sizə elə gəlmir?”

    - Mən də öz növbəmdə qeyd edim ki, yay vaxtı Yumroo-da aktiv olmamağıma öz səbəblərim var idi. Yəni pulluq bir söhbət deyil. Azərbaycana gəldik, ev tutduq və kompum yox idi. Ara-sıra anamgildə olanda yaza bilirdim.

    Bir də ki,Emin qardaş əgər yazımı tam oxudunuzsa onda bilirsiniz ki, elə mən də yazımda bildirmişəm ki, söhbət tək pulda deyil, bununla yanaşı axı rusca yazan bloggerlər də var idi, indi onlar da yoxdur. Niyə axı belə sakitlik?

    Report This Comment

  3. Ayy millət deyim niyə blogerlər yoxdur çün ki, hələ bloglar ingilis dilindədir.Bilənləri çıxmaq şərti ilə bilməyənlənlərdə axot hardadır iki saat otuurub blogu araşdırsın))
    İkincidə ki, hər şeyin belə ölü zamanı olur axı hamı işləyir,hamının işi-gücü var.Mənim kimi boş bekar adamlardır ancaq səhərdən axşamacan yazan, yəqin məndə işləsəm imkanım olmaz :)

    Report This Comment

  4. Lady.A insan zamanla hər şeyə öyrəşir, yetər ki, istəsin.

    Report This Comment

  5. Məsəlnən Mən :) mən ingilisdilini bilmirəm amma hecdə çətin olmadı mənə alışmaq.)))

    Report This Comment

  6. hə elədi.məncə də passivlik çoxdur.həmişə yeni yazıları çox görərdim,indi isə çox gc gec.mən bloq yzmağa səbri yoxdur.əvvəl gündən bu sayta daxil olan gündən yazmışdım ki səbir yoxdu məndə.amma maraqlı olanların bloguna şərhlərimi yazııram vaxtım olduqca.bu saytın dəyişməyi də bir az xoşuma gəlmədimi yoxsa nədi bilmirəm.həvəsim qalıyıb mən köhnə yumronu istəyirəəəəəəəəəəəəəəəəəəəəəəəəəəəmmmmm:(

    Report This Comment

  7. Denish amma məncə belə bloq sistemi daha yaxşıdır..

    Report This Comment

  8. Salam Emin!

    Statistikanı görçək üçün siz oz Settings bölməsinə daxil olub orada Google Analytics kodunu daxil edin :) ))

    Report This Comment

  9. Kapriznaya, yeni sistem daha çox imkanlar yaradıb. Sadəcə onlardan istifadə edin :)

    Report This Comment

  10. Lady.A, siz indi səbəbini düz taptınız :)
    Azərbaycan dili Noyabr 1-də işə salmağa planda qoymuşuq :)

    Report This Comment

  11. Hamiya salam :)
    raziyam həqiqətən yumroo maraqsızlaşıb çox təəsuf. amma buna baxmayaraq bura mənim üçün bu qısa müddət ərzində çox doğmalaşıb. Sadəcə son zamanlar vaxt azlığından inetdən ümumiyyətlə uzaqlaşmışam. ona görə heç bloquda izləməyə imkan olmur. Amma yenə də ümüd edirəm ki, nə vaxtsa yumrooya maraq artacaq. Hamıya uğurlar :)

    Report This Comment

  12. Mən çox öyrəşmişəm bura.Bu sayt bağlansa pis olaram.Ümidvaram ki,İnşallah yaxşı olar.

    Report This Comment

  13. bele yaxshidir.

    Report This Comment

  14. Emin, я в поисках жизни, поэтому итиб-батмышам ))))

    Report This Comment

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

CAPTCHA Image CAPTCHA Audio
Refresh Image

Calendar

October 2009
M T W T F S S
« Sep   Nov »
 1234
567891011
12131415161718
19202122232425
262728293031