Home
Yumroo

Camaat seyrə balonlarla çıxır…

Salamlar!!! Yəqin ədəbiyyatdan bu şeir hamıya tanışdır. Mirzə Ələkbər Sabirin çox məşhur bir şeyridir.

Camaat seyrə balonlarla çıxır

Biz hələ avtomobil minməyiriz.

Doğrudan belədir eee… Keçən dəfə Lent.az saytında oxuyuram ki, Azərbaycan dilində Delphi 7 kitabı çıxıb. Özü də bu kitab yalnız Delphi 7 – nin baza biliklərini özündə əks etdirir.

Bilməyənlər üçün qeyd edim ki, Delphi proqramlaşdırma sistemidir. Özülü Object Pascal proqramlaşdırma dilidir. Qısası proqram yazmaq üçün bir vasitədir.

Məndə olan məlumata görə Delphi 7 təqribən 2002-2003-cü illərdə çıxıb. Artıq Delphi 2010 istifadəyə buraxılıb. Bizim tələbələr hələ 2002-ci ildə çıxan Delphi 7-nimi oxuyacaqlar? Belə çıxır ki biz təqribən 7-8 il dala qalırıq. Yenə də Delphi 7 kitabı çıxıb buna da şükür. Bizim tələbələr proqramlaşdırmanı İngilis və Rus dilində olan kitablardanmı öyrənməlidirlər??? Biri rus və ya ingilis dilini bilmirsə ruslar demiş on obrechen?  :)

Görəsən nə vaxta qədər biz hansısa bir ixtisası başqa dillərdə olan ədəbiyyatlardan öyrənəcəyik? Bəlkə də elə bu səbəbdəndir ki, biz onlardan bu qədər geri qalırıq.

Report This Post



6 Responses to “Camaat seyrə balonlarla çıxır…”

  1. Salam.
    Bloqunuzla təsadüfən tanış oldum. Bloqlarda belə mövzulara da müraciət olunması çox gözəl haldır. Təbrik edirem!
    Nədənsə mən universitetlərdə güclü və cavan proqramistlərə rast gəlməmişəm, əlbəttə ki, bəzi özəl universitetləri çıxmaq şərti ilə. Bu da yalnız maddiyatdan irıli gəlir ki, yaxşı proqramistlər elmdən uzaqlaşır. Fərz edək ki, bir qrup proqramist arada vaxt tapıb kitab yazmaq istəyirlər. Əmin olun ki, onların 300 səhifəlik kitab yazmaları üçün hər gün ən azı 5 saat işləsələr ən tezi 1 ilə həmin kitabı satışda görə bilərlər. Adi məqalədən fərqli olaraq burada həm məntiqi səhvlər, həm qrammatik səhvlər olmaması üçün fərqli insanlar tərəfindən dəfələrlə yoxlanılır. 1 ildən sonra kim zəmanət verir ki, onlar bu kitabdan heç olmasa yarım ilə qazandıqları qazancı götürə bilərlər? Nəzərə alsaq ki, bizdə original kitablar elə də çox satılmır, (tələbələr daha az pul xərcləmək istəyirlər) bu proqramistlərin günahı deyil. Tələbələrdə də günah görmək olmaz. Ümumiyyətlə isə 2002 ci ildə cıxan Delphidən başlamaq pis deyil.Əsas odur ki, başlamaq istəsinlər. Baza biliklərindən sonra özləri hansısa araşdırmalar edə bilərlər. Xarici dildə olan kitablardan öyrənmək isə məncə elə də pis deyil. Bir zamanlar hamı rusca kitab oxumağa məcbur olduğu üçün rus dilini indikindən dəfələrlə yaxşı bilirdilər. Proqramlaşdırma dillərini xarici dildə oxumaq fəlsəfəni, … xarici dildə oxumaqdan çox asandır. Yəni dərinə getsək bizim daha böyük problemlərimiz var :)
    Şəxsən mən indiyə kimi ixtisasa aid hansısa məqaləmi (Az dilində) internetdə yerləşdirməmişəm ki, bəlkə kiməsə lazım olar. Eksəriyyət mənim kimi. Yenə də problemlər özümüzdən başlayır……..
    P.S: Bir azdan mənim şərhim sizin yazınızdan böyük olacaq :)

    Report This Comment

  2. Bizdə bu iş hələ yeni olduğu üçün belə kitabların tərcüməsində Təhsil Nazirliyi maraqlı olmalıdır məncə. Pul ayrılmalıdır bu sahəyə. Yoxsa əlbəttə ki, kim vaxtını boş yerə sərf edər ki, kitab yazsın sora da heç bir gəlir qazanmasın.

    Report This Comment

  3. elə biz hər şeydə bir neçə il dala qalırıq. belə ki, daha çox fikir vermişəm dünya ölkələrində xanımların geyindikləri paltar dəbləri bizə 3-4 ildən sonra gəlir. misalı geyimdən gətirdim, amma reallığımız budur

    Report This Comment

  4. Duz buyurdunuz, Turkan xanim. Yeqin bizimki de bele getirib. :)

    Report This Comment

  5. Bizim geriqalmışlığımızla razıyam.
    Ancaq tərcüməyə gəlincə, kitabı azərbaycancaya tərcümə etməyə ehtiyac varmı? Yox. Təkcə ona görə yox ki, bunun üçün resurslarımız yoxdu. Ona görə ki, istənilən halda tərcümədə məna itir.
    Ümumiyyətlə Azərbaycanda dil problemini çox qabardırlar. Azərbaycan çox kiçik bir dövlətdir, bizdən başqa azərbaycan dili heç kimə lazım deyil. Məsələn, alman Belçikaya, Hollandiyaya gedəndə almanca danışır, heç kim də ona demir ki, hollandca, flamandca öyrən. Çünki holland dili alman dili ilə müqayisədə çox az yayılıb. O cümlədən də, amerika Almaniyaya gələndə problemsiz ingiliscə problemsiz ingiliscə danışır. Bizim bəzi bədbəxt vətənpərvərlər Azərbaycana gələn türkdən, rusdan azərbaycanca danışmağı tələb edirlər.
    Sözü nəyə gətirirəm. Delphini öyrənmək istəyən kobud desək, canı çıxsın rusca öyrənsin.

    Report This Comment

  6. Zaur senin dediklerinin bezileri ile raziyam, amma deyirsen ki, tercume neye lazim. Delphini melimdur ki, Amerikanlilar bele deyek istehsal edirler. Onun butun edebiyyatlari da ingilisce olur. Bes niye ruslar onu oz dillerine tercume edir? Qoy onlar da ingilis dilinde olan edebiyyatlardan oxuyub oyrensinler de… Chunki, onlar chox gozel anlayirlar ki, telebelerin ekseriyyeti ingilis dilini istenilen seviyyede bilmir ve onlar ingilisce kitablari oxusalar da yene derinliklerine gedib chixa bilmeyecekler, esas menani anlamayacaqlar ve s. Ona gore de tercume edirler. Qaldi ki, Azerbaycanin kichik dovlet olmasina orasi eledir, amma o demek deyildir ki, buna gore xarici edebiyyat bizim dilimize tercume olunmamalidir. Onda bele chixir ki, biz umumiyyetle oz dilimizi niye oyrenirik ki? Ele anadan olandan Ingilisce oyrenek de, Azerbaycan dili bizim neyimize lazimdir???

    Report This Comment

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

CAPTCHA Image CAPTCHA Audio
Refresh Image

Calendar

November 2009
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30