Home
Yumroo

İş başvurusu…

Salamlar!!!

İş başvurusu… Yəqin 90%-niz nə vaxtsa iş axtarmısınız. İnsanın öz sənətinə uyğün, normal maaşlı iş tapması çox çətindir. Əslinə baxsan iş var, sadəcə kadr yoxdur. Kadrı hara hazırlayır? Ali məktəblər. Əksər işçı tələb edənlər iş təcrübəsi olan bir işçi axtarır. Ali məktəblər də belə kadrlar hazırlamadığı üçün həmin yerlər ya boş qalır, ya da ki…

Humanitar sahələri bilmirəm, amma texniki sahələrdə ali məktəbi bitirən birinin işdə normal bir işçi kimi yetişməsi üçün azı 6 ay vaxt lazım olur. O da ki, öz üzərində yaxşı işləsə. Niyə ali məktəblər hazır kadr yetişdirməkdə bu qədər geri qalırlar?

Əslində ali məktəblərin hər il minlərcə buraxdığı, əlinə hazır kadr kimi diplom verdiyi kadrlardan o qədər yazmaq olar ki… Sadəcə olaraq bilirsən ki, onsuzda desən də problem həll olunmayacaq. Elə köhnə tədris proqramlarıyla ali məktəblərdə kadrlar hazırlanacaq və yenə də həmin kadrlar iş axtarışına başlayacaqlar. Axtarışda da bəlkə də kiminsə bəxti gətirib hansısa bir işi tapacaq, tapmayanların bəziləri başqa yollarla iş tapacaq, qalanları isə gedib ixtisaslarına uyğun olmayan sadəcə pul xatirinə hansısa bir yerdə işləyəcəklər.

P.S. Günün karikaturası.

basvurma2cu

Report This Post



9 Responses to “İş başvurusu…”

  1. Hə bu saat iş tapmaq müşkül məsələdi.Dövlət işinə düzəlmək üçün ya gərək yaxşı tanışın olsun,ya da pulun.Ancaq bizim bir tanış var idi.Öz biliyi ilə NN-nə işə düzəldi.özüdə yaxşı işə.

    Report This Comment

  2. NN haradır? Yoo mən demirəm ki, pulsuz işə düzəlmək olmur. Olur, amma məncə indi hamı razılaşar ki, ümumilikdə Ali məktəblərimizin buraxdığı kadrlar çox zəifdirlər.

    Report This Comment

  3. NN-Nəqliyyat Nazirliyi

    Report This Comment

  4. İş məsələsi bizdə problemdir, problem! Hətta satıcı olmaq üçün belə, təcrübən olmalıdır!

    Report This Comment

  5. NN-in neqliyyat nazirliyi olacağı heç ağlıma belə gəlməzdi.

    Report This Comment

  6. Satıcı olmaq üçün əlbəttə ki, təcrübə gərəkdir. Təcrübəsiz yavaşişləyən satıcıları görəndə adamın cin təpəsinə vurur. Bu adam tərpənincəyə qədər…

    Report This Comment

  7. Təcrubə deyədəki uni bitirmiş təzəcə bakalavrda o deyilən unsur ancaq dərsləri buraxıb iş dalıca düşəndə olur..birdəki bu dəqiqə işə qəbul departmanları hamıs standart şablon sitemlə işləyir..
    Əlqərəz.
    1.diplomun olmalı.
    2. ən azı bakalavr/ magistr olmaq üstünlük
    3.Xanımsansa yaraşıqlı yox bəyzadəsənsə mütləq sənə zamin duran üstəgəl hiperaktiv olmalısan. (p.s zamin məsələsi xanımlarada aiddi tapşınul məsələsinə görə )
    3.xarici dil bilmə ən az ara danışıq səviyyəsində..(bura ENG.Рус,Türk. //Azəbaycanca bilsəndə olar bilməsəndə//)
    4.Təcrubə ən az1 il ən çox 5 olabilərdə olmuya bilərdə (bu elədə önəmli deyil sadəcə depart şefin modadan geri qalmasın deyə bu müdəanida bura əlavə edirlər. yəni son olar sən işə başlayanda onsuzda praktikant olursan vəzifəndəki kim nə verdi onu edirsən ikl birinci ayda.ikinci ayda isə nəs təzə bir yenilik filan olur..)
    5. isə odurki burda bu şəraitdə çalışan insan bir ilin tamamında ozünə əgər əmək kitabcası zadı aşdıra bilibsə iş yerini dəyişə bilər..yəni araşdırır münasıb iş yeri tapa kimi ora keçmək üçün app. göndərir sonrda CV də yazırki 1 il staj və xod gedirki bu qədər məvacib ver gəlim işə.. buda baxır personalın nə dərəcədə lazımlı olmağına..
    bu qədər iş həyatından m……ə

    Report This Comment

  8. Faberit sen yazdiqlarinla raziyam. En esas problem ele birinci ishi tapmaqdir. Her halda birinci ishi tapib sora bashqa yere gedende yene adamin dili bir az uzun olur ki, haradasa ishleyib. Amma birinci ishe duzelende ise bir az problem olur.

    Report This Comment

  9. butun problem usul-idarededir. her wey dovlet seviyyesinde tewkil olunsa, bawqa cur olar. dovlet telebesine – vetendawina sahib cixmali

    Report This Comment

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

CAPTCHA Image CAPTCHA Audio
Refresh Image

Calendar

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031