Yeni texnologiya…
XX-ci əsrin sonlarından bu yana texnologiya, əsas da elektron texnologiya çox sürətlə inkişaf edir. Günde yeni bir model kompyuter, telefon, televizor və s. istehsal olunur. Yeniləri istehsal olunduqca da kohnələrinin qiyməti sürətlə aşağı düşür. Hərdən texnologiyanın belə sürətlə inkişaf etməsi adamı bir az yandırır. Çünki, bu gün bir model telefon alırsan 300 manata, 3 ay sonra həmin telefonu 200 manata görəndə cin vurur adamın beyninə. Nə var nə var, bunun yenisi çıxıb, ona görə köhnəsinin qiyməti düşüb. Tək telefonlarda belə deyil. Komputerlərdə də vəziyyət eynidir. Bu gün ən güclü kompüter yığdırasan, 5-6 ay sonra sənin kompüterin olsun heç nə – ortabab bir kompüter.
Hərdən fikirləşirəm ki, bütün bu elektron mallar bizə xaricdən gəlir (bəzi kompüterlər azərbaycanda sadəcə olaraq yığılır, sıfırdan istehsal olunmur). Halbuki bizdə də belə mallar istehsal olunsaydı daa… Biz hələ kompyuter sözünün kompüter, yoxsa kompyuter yazıldığını aydınlaşdırmaqla məşğuluq. Onu aydınlaşdıraq bəlkə sonra istehsal etdik.
Əslinə baxsan tək elektron mallar deyil eee, demək olar ki, bütün yeni texnologiyalar bizə xaridən gəlir. Niyə acaba??? Bizlərdə yeni texnologiyaları icad edən bir qurum yoxmudur?
Yeni texnologiyanı gəlin buraxaq bir kənara, ən son 20 ildir ki, kompyuterlər kütləvi sürətdə istifadə olunur, amma hələ də Azərbaycan dilinin klaviaturası istehsal olunmayıb. Yəqin kompüter bütün komandaları, yazını insan səsiylə tanıyıb işləyəndə bizdə də bəlkə Azərbaycan dilinin klaviaturası istehsal olunar. Ya da ki, fikirləşilir ki, onsuz da bu gün sabah səslə işləyən kompüterlər istehsal olunacaq, ona görə Azərbaycan dilli klaviaturaya ehtiyac yoxdur.
P.S. Günün karikaturası.



December 8th, 2009 at 12:39 pm
Niye telesirsiz ki?Qoy evvelce Ermeniler istehsal elesin sonra bizde ederik axi olmaz bele biz hemise ardicilligi gozlemisik)))
Report This Comment
December 8th, 2009 at 3:13 pm
Report This Comment
December 8th, 2009 at 3:40 pm
Axx texnologiya, texnologiya….
Report This Comment
December 8th, 2009 at 4:04 pm
Yəqin Azərbaycan dili hək olumuş klaviyatura demək isytəyirsiniz..elədirsə bir çox kvyelər var…
İşdi azərbaycan dili latin qrafikasınin qwerty düzüm üsüluna oda iki novdə var istəsəz uygun həriflərin yerini dəyişə bilərsiniz…Və son Win 98 bu yana ola butun microsoft məhsulları eləcədə,linux OS Azəbycan dilinə yazı dəstəyi verir. Apple nin Mac OS dən xəbərim yoxdu hər halada olmamış olmaz..
Yeni deyə çıxan məhsullar da oncədə çıxa bilər sadəcə marketing politikası və yeni məhsulun sinaqlrı bunu gecikdirir…Yəni anlayacağınız indini p4 ləri p3 satişda olanda qabaqda laboratoriyalarda var olur.
Report This Comment
December 8th, 2009 at 5:59 pm
Ermeniler bir qiraga, mence Gurcustani gozleyirik, Gurcustandan sonra ishe bashlayariq.
Report This Comment
December 8th, 2009 at 6:00 pm
Spasibo. a pochemu tak scitayesh babyface???
Report This Comment
December 8th, 2009 at 6:01 pm
Ne olmush texnologiyaya Shebnem xanim?
Report This Comment
December 8th, 2009 at 6:09 pm
Faberit p3 p4 barede dediklerinizle raziyam. Amma klaviatura barede dediklerinizle hec cur razi ola bilmerem. En esasi ona gore ki, illerdir men eshidirem ki, elmler akademiyainda bele bir klaviatura ishlenib hazirlanir, amma turkler demish bir turlu hazirlanib qurtarmir. Windows azerbaycan dilinde yazi desteyi verir bashqa azerbaycan dilli klaviatura tam bashqa bir sheydir. Klaviatura buraxilarken her shey hesablanmalidir. En chox ishlenen herfler barmaqlarin daha tez chata bileceyi yerde, en az ishlenenler ise bir az kenarda olmalidir. Hetta klaviaturada hansi duymeye kichik ve ya boyuk quvve ile basilmalidir ve s. bir chox hesablamalar aparilmalidir bu cur klaviatura istehsalindan otru.
Report This Comment
December 9th, 2009 at 12:31 am
Keçən yay nokia 5610 almışdım 2 aydan sonra qiyməti lap düşdü.İndi samsung 5230 istəyirəm gözləyirəm qiyməti düşsün alım)))))))
Report This Comment
December 9th, 2009 at 1:48 am
Ulichka elə yaxşı eleyirsiz gözleyirsiz, 1-2 aydan sonra onsuzda qiyməti düşəcək, alarsınız onda.
Report This Comment
December 9th, 2009 at 4:28 pm
ay əziz həmvətənlilərim texnolgiya istehsal eden sirket SEO larinin reklam prooaqandasin uymayin gunde bu cur shey chixacaq ve olabilsi texno -inkishaf getdikce dahada suretlendikce demek olari gunde iki uch cihaz kesh edilesi oldu onuda gedib almaq fikrine dushseniz ve sahab bashqa model olanda onuda alacaqsiniz..Buna nece maddi cehetden odeyebilecekisni ..
Demeyim odur ki ehtiyacini ve telabatiniz olan texnologiya numunesini alsaniz daha munasib olar atalar deyir – yuz olc bir bich – he birde iqtisadi dilnek desek tebel tekif nezere alin …yeni oz terefinizden teleb nese ona uygun tekli olmalidir.. sade variant burdur…
P.s emin UZUNCHULUQ EDİB BASH AGRİTMAQ İSTEMİREM AMMA YEGİNKİ BİR ARALAR BİR LAHİYE GERCHEKLESHDİRMİSHDİLER EYY .. XATİRLAYARSAN
– poliqlot – lugeti hazirlananda bu layihenin ichinde -elektron azerbaycan olmali idi sehv etmiremse bax onda iki cur qwerty duzum qaydasida hazirlanmishdi..Azerbaycan dili uchun yeni poliqlotin orjinal yuklenme CD -i icherisinde daha etrafli geyd edillib…maraqlansa melumat uchun ora bir bax …
ola biler men sen deyen fikri tam olaraq neden ibaret oldugunu tam anlamayam..
Report This Comment
December 9th, 2009 at 5:29 pm
Sən bizdə ihtehsal olunan kom. hissəsini alarsan ya xaricdən gələni?
Report This Comment
December 9th, 2009 at 6:37 pm
Faberit her texnoloji yeniliye de qachan kim? Sadece öndə gedən elektron texnologiyalarının Azerbaycanda istehsalı pis olmazdı məncə. Amma Azərbaycan dili barəsində məncə biz bir-birimizi anlamırıq.
Report This Comment
December 9th, 2009 at 6:42 pm
555 əgər sual mənə ünvanlanıbsa, mən cavab verim ki, bizdə istehsal olunan cihazlar daha ucuz başa gələcəklər, hətta bəlkə də iki dəfəyə qədər ucuz, ona görə də yəqin ki, özümüzünkünü alardım. Həmişə xarici mallara müraciət etmək nəyə lazım? Məsələn. Elə mənim əvvəlki kompum burda yığılan adi bir maqazindən alınan mal idi. Mən gedib beloye zborka denilən komputerlərə qaçmadım, nəyimə lazımdır onsuz da təxminən işləməsi ikisində də eyni cürdür, amma qiymət fərqi təqribən iki dəfə bahadır. Mən nə qədər beloye zborkalar görmüşəm ki, mənim adi kompum onlardan daha uzunömürlü, daha dözümlü olub.
Report This Comment
December 9th, 2009 at 11:34 pm
Azərbaycandilli klaviaturaya ehtiyac varmı? Məncə yox. İngilisdilli klaviaturadan heç kimin milli mənliyinə zərər gəlmir. Azərbaycanın cəmi 8 milyon əhalisi var, onun da 80%-i komputerdən istifadə etmir. Bundan ötrü əlavə klaviatura yaratmaq lazım deyil.
O ki qaldı komputer istehsal etməyə, o indi Azərbaycanda mümkün deyil, real deyil.
Report This Comment
December 10th, 2009 at 3:47 am
Zaur azərbaycandilli klaviaturaya niyə ehtiyac yoxdur ki??? Ne olsun ki, 8 milyonuq? Bu layihə elmlər akademiyasında işlənirdi, amma niyə həyata keçmir bilmirəm. Komp istehsalı niyə real deyil? Bizdə ucuz işçi qüvvəsi yoxdur?
Report This Comment