Home
Yumroo

Lift…

Lift. Əsasən hündür mərtəbəli evlərə quraşdırılır. Yuxarı mərtəbələrə daha rahat çıxa bilmək üçün istifadə edilir. Amma çox vaxt bu rahatlıq baha başa gəlir. Bəli söhbət liftdə qalmaqdan gedir. Liftdə qalma hadisəsi o qədər çox yayılıb ki, hətta onun barəsində bir çox filmlər də çəkilib. Hətta Azərbaycanda da… Deyəsən Yaşar Nuri oynayırdı o filmdə.

Bilmirəm bizim liftlərin keyfiyyətindənmidir, yoxsa istifadəçilərin məsuliyyətsizliindənmi Bakı şəhərində liftlər çox tez-tez xarab olur. Lifdə qalma hadisəsi də o qədər yayılıb ki, bəlkə də həyatında heç olmasa bir dəfə də olsun liftdə qalmayan insan yoxdur. Belə baxanda problemlər o qədər çoxdur ki, lift problemi heç gözə görsənmir. Amma bir-iki saat liftdə qalan bilər ki, bu heç də elə belə problem deyil. Cavan insan üçün deyərəm ki, problem deyil liftdə qalmaq, amma yaşlı insanlar üçün bu problemi heç də kiçiltmək olmaz. Çünki lift elə yaşlı insanlar üçün nəzərdə tutulub.Amma nə yaxşı ki, mobil telefonlar var, belə hallarda adamın köməyinə çox çatırlar.

Liftlərin içərisindən də heç danişmayaq. Mən olduğum liftlərdə ən çox gördüyüm dırnağarası sənət nümunələri liftin düymələrinin yandırılması, sevgi etirafları, ürək şəkilləri və s. bu siyahını çox artırmaq olar. :)

Yaşayış binalarındaki liftləri burax, hətta ali məktəblərdə də lifdə qalma hadisələri olur. Özüdə tez-tez.

P.S. Günün karikaturası.

82935129cz4

Report This Post



14 Responses to “Lift…”

  1. Mən liftdə qalmamışam. İnşallah qalmaram da. O, sənət əsərləri də bizim “müəlliflərin” səviyyəsin nümayiş etdirir.

    Report This Comment

  2. heyyyyyyyyy lift olsunda liftde qalmaq o qederde problem deyil:(

    Report This Comment

  3. 555 İnşAllah heç qalmazsan. Müəlliflərin səviyyəsindən də heç danışma.

    Report This Comment

  4. nferide 10 dəqiqə qalmaq ayrı, 2-3 saat qalmaq ayrı. Məncə 2-3 saat liftdə qalan adam belə deməz.

    Report This Comment

  5. Uşaq vaxtı liftdən o qədər qorxurdum ki.həmişə qohumlarımız gilə gedəndə heç vaxt liftə minmirdim.Tər tökə-tökə pilləkanları piyada çıxırdım.Sonra özümüz bina evinə köçdük.Bununla da bütün qorxum keçdi.

    Report This Comment

  6. Emin heleki liftde qalmamisam insallah qalmaramda,ancaq qalmali olsam istiyerdim ki,Anjelinaynan bir yere dusum:)))

    Report This Comment

  7. daha doğrusu 9 və ya 10 mərtəbəli olanara qurulur..
    amma onunda şütrəqəmlər işləyir tək lər isə istirahətə yollanır..yəni işqlar nörmal vpltajda verilsə heç bir baki saki lift qalma kimi qorxunc bəlaya düşməz ..
    belədəki mobil tel olnadan sonra baş atmağa nə var orda oturusan yerə başdıyırsan inet veya oyun oynamağa birdə gördun lift işə düşdu .. bu imkan ancaq bakı lift -lər və Azərbaycadakı GSM operatorlarının verdiyi bir üstünlukdur ..
    Sonrada narazılıq edirik ay camaat buda texo imkan..

    Report This Comment

  8. Belə qorxu bir çoxlarında olur. Məncə də normal bir şey. Tədricən keçib gedir sora.

    Report This Comment

  9. Orxani onda nə deyim, arzuna çatasan. :)

    Report This Comment

  10. Məncə şəhərdə bəzi 5 mərtəbələrdə də lift var. nəsə elə bir şey yadıma gəlir. Mobil telefon belə hallarda super bir yardımçıdır.

    Report This Comment

  11. Emin evvel yashadigimiz yerde liftde 1 saat qalmisham yayin en isti gunlerinde..:( Indi yashadigimiz yerde ise liftin qapilarina hesretle baxiriq lifti duzeltmirler..:( Ona gore dedimki lift olsunda qalani problem deyil..:)

    Report This Comment

  12. Emin yoo arzum deyil ki,sadece pis anlamaye ondan bir-iki soz sorusmag isteyirdim,yeni musahibe almag isteyirdim:))

    Report This Comment

  13. nferide anladım. Sizin liftin tez bir zamanda düzəlmısi ümüdü ile… :)

    Report This Comment

  14. Orxan müsahibəni mütləq elə liftdə almaq tələb olunur? :)

    Report This Comment

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

CAPTCHA Image CAPTCHA Audio
Refresh Image

Calendar

December 2009
M T W T F S S
« Nov   Jan »
 123456
78910111213
14151617181920
21222324252627
28293031