Kompüter oyunları
Heç kompüter oyunları oynadınızmı? Məncə indiki dövrdə heç kompüter oyunu oynamayan birinə rast gəlmək mümkün deyil. Vaxtilə mən də oynamışam.
Vaxt itkisi hesab edirəm belə oyunları. Bəzən deyirlər ki, kompüterdə gərgin işləyəndən sonra, uzun müddət dərs oxuyandan sonra bir az dincəlmək üçün oyun oynayırıq. Amma mən fikir vermişəm ki, oyun oynayanda adam heç də dincəlmir, əksinə gözlər daha da yorulur və oyundan sonra adam öz əvvəlki iş rejminə heç cürə qayıda bilmir.
İndiki oyunlar da maşallah. Oynadıqca bitmir. Yeni-yeni səviyyələr meydana gəlir. Onları da biirmək üçün gərək bir-iki həftə dalbadal oyun oynayasan. Mən özüm təzə oyunların heç birini oynamamışam, amma TV-də oyunlar haqda verlışlər veriləndə hərdan baxıram. İndi elə oyunlar çıxıb ki, insan öz nəfsini elə oyunları alıb oynamamaq üçün zorla saxlayır.
Böyük insan özünü zorla oyun oynamaqdan çəkindirirsə, görün indi uşaqlar nə çəkirlər. Mən xəbərlərdə eşitmişdim, bir uşaq fasiləsiz iki gün oyun oynamışdı, nəticədə xəstəxanalıq olmuşdu. Dəhşətdir ee…
Belə baxanda komputer oyunları demək olar ki, uşaqların hətta böyüklərin də gündəlik tələbatlarına çevrilmişdir. Maraqlıdır siz öz evladlarınıza komputer oyunları oynamağa icazə verərdinizmi?
P.S. Günün karikaturası.



December 18th, 2009 at 3:39 pm
Ayda-ilde bir defe Geta Baku oynuyuram,ancag herden bos vaxtim olanda gamezerde Bilyard oynuyuram…Oyunlara maragim yoxdu..
Report This Comment
December 18th, 2009 at 4:16 pm
kompüter oyunlarına heç marağım yoxdu.əvvəl jardinans oynuyurdum,onda da şaxta babaların gülüşü məni qıcıqlandırıdı.indi amma oynamıram,həvəsim də yoxdu.uşaqlarıma da əsla buna icazə vermərəm ki enerjilərini boş boş şeylərə sərf etsinlər
Report This Comment
December 18th, 2009 at 5:07 pm
Lap yaxshi, men evveller Fifa oynayirdim, bir az da strategiya oynamisham, indi hec bir shey oynamiram. Bir hefte biryard da oynadim, sora ondan da bezdim.
Report This Comment
December 18th, 2009 at 5:10 pm
Ushaqlari bele oyunlardan ne qeder muddet uzaq tuta bileceksen sence?
Report This Comment
December 18th, 2009 at 5:41 pm
Vaxtım ancaq internetdəki işlərə çatır.Həvəslənmirəm oyun oynamağa
Report This Comment
December 18th, 2009 at 5:44 pm
vaxtin chatsa oynayardin?
Report This Comment
December 19th, 2009 at 2:28 pm
Məncə boş yerə vaxt itkisidir. Mən bəzən çox şeydən bezəndə kompyuterdə olan yüngül, adi oyunlardan oynayıram. Amma, çox gec-gec.. Yəni buna vaxt sərf etməyi mənasız sayıram.. Amma, qardaşım dəhşət.. Evdə təzə çıxan hansı oyun istəsəniz var… Müharibələr, davalar, İndiana Cons.. Oturur başlayır oynamağa.. Vaxtının qədrini bilmir. Nəsə deyəndə isə deyir sənin maraq dairən başqa mənimki başqa,haqlıdır daa..nə deyim qınaya da bilmirəm. Artıq heç nə də demirəm, çünki, bütün günü işləyir, sonra da yəqin ki, o da bununla dincəlir.. Amma, hayıf..
Report This Comment
December 19th, 2009 at 5:23 pm
Hövsələm çatmaz
Report This Comment
December 20th, 2009 at 2:21 am
Şəbnəm o deyirlər ki, mən oyun oynayaraq dincəlirəm, o tam səhv fikirdir. Kompüter oynayanda insan beyni və gözləri daha da yorulur. Yəni heç bir dincəlməkdən söhbət belə getmir.
Report This Comment
December 20th, 2009 at 2:33 am
Komputer oyunları ən hövsələsiz insanları belə kompüterin ekranına bağlamağı bacarar məncə.
Report This Comment
December 20th, 2009 at 4:19 pm
Emin, tamamilə razıyam ki, təbii ki, bu oyunlar insanı lap da yorur. Amma, di gəl ki bunu oyunu oynayan şəxs də boynuna ala..
Report This Comment
December 21st, 2009 at 10:12 am
Oynayan shexsin agli bashina gelenden sonra, ne qeder vaxti heder yere serf etdiyini anlayandan sonra o da boynuna alar narahat olma.
Report This Comment
December 21st, 2009 at 5:37 pm
bu kompüter oyunu dediniz qonşumuz yadıma düşdü.oğlu demək olar ki pastayannı yaxınlıqda olan komp-r salonuna oyu oynamağa gedirdi.maması o qədər əsəbiləşirdi ki bir gün gördüm mhkəmdən qışqırır:”Nurtaaaaaaaac sən bir də oyun oynamağa getsən gələcəm düz o salona yubkamı qaldıracam deyəcəm bax ay cahamat mən yırtıq tumanda gəzirəm oğlum amma bütün günü oyuna pul xərcləyir,səni biyabır edəcəm Nurtaaaaaaaaaaac ” ay Allah onun bu sözünə o qədər gülmüşdüm ki…ozü də imkansız deyildilər sadəcə anası əsəbindən elə deyirdi.amma yenədə oğlu üçün aldı da kompüter:)
Report This Comment
December 21st, 2009 at 6:12 pm
Olanda beleleri de olur da…
Report This Comment