Yetenek sizsiniz
Canlıdakı problemlərdən yazıldı, İnşallah adminlər sadalanan problemləri yaxın zamanlarda aradan qaldırarlar. Ən əsas da bu virus problemi.
Oturub fikirləşirdim ki, nədən yazım, bu dəm gözümə TV-də gedən “Yetenek sizsiniz” verlişinə gözüm sataşdı. Hərdən orda istedadlı birilərinə rast gəlinir də. Deyimlərə görə istənilən adamda hansısa istedad var, onu tapıb üzə çıxarmaq lazım. İstər bu hansısa bir fiziki istedad olsun, ya da ki əqli bir istedad olsun. TV-də göstərilən istedadlardan demək olar ki, heç birindən məndə yoxdur. Istərdim məsələn gitarda, ya da nə bilim pianoda falan ifa edə bilim. Amma mənlik deyil. (Pianonun səsini çox bəyənirəm. Super səsi var pianonun. Biri yanımda ifa etsə də qulaq assam.
)
Bunu yazan müddətdə biri həm burnu ilə, həm də ağzı ilə tütəkdə ifa etdi. Özüdə hər ikisi ilə eyni anda. Halaldı.
Sizdə hansı istedadlar var? Hansı istedadınız istərdiniz ki, olsun???


December 27th, 2009 at 2:51 am
özümdəkini deyə bilmərəm amma sizdə birdənə yaxşı xüsusiyyət var elə buna bacarıqda demək olar.əlqərəz sizdə yazdığınız mözulara aid karikatura seçmə bacarığı var bu əksəriyyət bunu edə bilmir..yəni bunu etməkdən ötrü mövzu ilə bütünləşən qrafik rəsmin ifadə etdiyi mənanı duymaq lazımdır..yəniki azacıqda olsa rəsm dən anlamalıdır…
Report This Comment
December 27th, 2009 at 2:41 pm
Mən pianinoda çox gözəl ifa edirdim.Qiymətlərim hamısı 5 idi.Amma sənətimi yarımçıq qoydum.İndi çox peşmanam.
Report This Comment
December 27th, 2009 at 2:42 pm
Hə birdəki bir söz soruşum.Mənim son yazdığım posta comment qoymaq olmur .Niyə?Nə etmək lazımdı?
Report This Comment
December 27th, 2009 at 3:51 pm
Her bir insanda nese xususi istedad var sadece onu ozunde kesf etmelidir…
ulicka,Admin Panel+Tenzimlemeler+Muzakire
Report This Comment
December 27th, 2009 at 4:10 pm
Çox sağ ol.Düzəltdim
Report This Comment
December 27th, 2009 at 5:06 pm
Mənim gözəl əl qabiliyyətim var.Maraqlı şəkillər çəkməyi xoşlayıram
Report This Comment
December 27th, 2009 at 5:36 pm
piano dedir yadıma düşdü ki əm də pianino da yaxşı ifa edirəm. daha doğrusu bunu 2006-cı ilə qədər etmişəm. sonra pianinonu bacıma cehiz verdik(o peşıkar idi yəni təhsili var amma mənim təhsilim yoxdur). indi də əlimə düşəndə çalıram. ən böyük istəyim isə gitarada çalmaqdır. əvvəlcə alıb sonra çalmağı öyrənmək inanaıramki öyrənə bilərəm.
Report This Comment
December 27th, 2009 at 9:20 pm
men de pianoda caliram,arada minikonsertler de verirem yaxinlara.eyni zamanda el iwleriyle de mewgul olmagi sevirem.amma tebii ki,vaxt olanda…
Report This Comment
December 28th, 2009 at 10:26 am
Teshekkurler Faberit. Amma inanin bir qram da resm chekmek qabiliyyetim yoxdur. Yalniz shekillere baxmagi xoshlayiram.
Report This Comment
December 28th, 2009 at 10:27 am
Ulichka eybi yox. Her halda indi de ifa ede bilirsiz evde, evde oz aileniz uchun ifa edin, bu ele besdir.
Report This Comment
December 28th, 2009 at 10:28 am
Orxani en chetini ele o istedadi keshf etmekdir de…
Report This Comment
December 28th, 2009 at 10:31 am
Chox gozel xalishka. Bloga xosh gelmisiniz. Shekil cheke bilirsizse ne ela…
Report This Comment
December 28th, 2009 at 10:32 am
Inshallah oyrenersen Turkan.
Report This Comment
December 28th, 2009 at 10:33 am
Super Pandora. Ad gunlerinde pianoda konsert vermek super bir shey. El ishlerinin de shekillerini qoy bloga baxaq.
Report This Comment
December 28th, 2009 at 5:31 pm
Dizayndan az-çox başım çıxır və parça üzərində sadə iynə və sapla naxışlar vururam, yazılar yazıram..
Skripka və gitara çalmağı bacarmağı çox istərdim..
Faberit, Emin bu dəfə karikatura qoymayıb.. Emin niyə?
Report This Comment
December 28th, 2009 at 5:36 pm
Emin dərddə odur ki,pianinomu satmışam.Evimdə yer yox idi qoymağa.(((((((((
Report This Comment
December 28th, 2009 at 5:50 pm
Shebnem o naxishlardan qoy bloga biz de baxaq. Karikatura da yadimdan chixmishdi.
Report This Comment
December 28th, 2009 at 5:52 pm
Ulichka anladim. Amma heyif evde pianoya qulaq asmagin ayri lezeti var.
Report This Comment
December 28th, 2009 at 5:58 pm
Emin deyesen movzunu hemişekinden ferqli qomusan.. shebnem demish bes karikatura hani onsuz olmur axi…
Report This Comment
December 28th, 2009 at 6:10 pm
Karikatura unutmushdum, hem de men yerleshdiyim karikaturalara bu qeder maraq gosterildiyini bilmirdim.
Report This Comment
December 28th, 2009 at 6:12 pm
onlar seni movzularinin duzu -istiotudu…
Report This Comment
December 28th, 2009 at 6:19 pm
Teshekkurler Faberit. Chalisharam novbeti seferlerde unutmayim.
Report This Comment